"Qiymət və keyfiyyət bir-biri ilə bağlı məsələdir. Qiymət keyfiyyətə nəzarətin çox vacib alətlərindən biridir. Bu, bazar iqtisadiyyatının qaydalarına zidd deyil". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. Sədr müavini bildirib ki, bir çox ölkədə ucuz mala şübhəli yanaşılır: "Avropa ölkələrində orta qiymətdən aşağı qiymətə satılan malı heç kim almır. Çünki şübhəli hal olduğunu düşünürlər. Hər malın yoxlanması mümkün olmadığından qiymət amilindən malın keyfiyyətinə nəzarət üçün istifadə edilir. Bu, tək Azərbaycanda belə deyil. Qüdrət müəllimin burada dediyi bir məsələ ilə bağlı düşünmək olar. Bütün qiymətlər və rüsumlar və vergilər Milli Məclis tərəfindən təsdiq olunmalıdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31