Polyak bəstəkarı Yuzef Elsnerin "musiqi dühası" kimi dəyərləndirdiyi, dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu Friderik Şopenlə bağlı yeni xəbər musiqisevərləri sevindirib.
Adalet.az xəbər verir ki, Nyu-Yorkda virtuoz pianoçu, məşhur Şopenin 200 il əvvəl yazılmış, əvvəllər məlum olmayan valsı tapılıb.
Polşa bəstəkarı Frederik Şopenin əvvəllər məlum olmayan musiqi əsəri Nyu Yorkdakı Morqan Elmi və Tədqiqat Kitabxana-Muzeyində aşkar edilib. Valsın təxminən 200 il əvvəl yazıldığı deyilir .
New York Times xəbərinə görə , Frederik Şopenin imzaladığı vals qurumun koordinatorlarından biri tərəfindən aşkar edilib .
Robinson McClellan qəzetə bildirib ki, əvvəlcə əsərin həqiqətən Şopenin olub-olmadığına əmin deyildi. Pensilvaniya Universitetində bir Şopenşünas alimlə məsləhətləşdi.
Nəhayət, mürəkkəbi və kağızın yaşını öyrəndikdən sonra partituranın həqiqətən də Şopenin əsəri olduğu təsdiqləndi. Muzey onun 1830-1835-ci illər arasında, Şopenin 20-25 yaşları arasında yazıldığını düşünür.
Qeyd edək ki, Frederik Frantsişek Şopen 1810-cu il fevralın 22-də (b. m. martın 1-də) Varşava yaxınlığında anadan olub. Musiqiçi ailəsində dünyaya gələn Şopen uşaqlıqdan musiqinin əhatəsində olub və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V.Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen, böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortepiano əsərlərini yazır. Bu zaman o, həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır.
Əntiqə Rəşid