Prezident İlham Əliyev Türkiyənin bütün uğurlarının Azərbaycanı da öz uğurları qədər sevindirdiyini və ruhlandırdığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cümhuriyyət Günü münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığından böyük fərəh hissi duyur:
"Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır".