AZ

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır - PREZİDENT

Prezident İlham Əliyev Türkiyənin bütün uğurlarının Azərbaycanı da öz uğurları qədər sevindirdiyini və ruhlandırdığını bəyan edib. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Cümhuriyyət Günü münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığından böyük fərəh hissi duyur:

"Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır".

Seçilən
4
9
sia.az

10Mənbələr