AZ

Milyarder sərvətini itinə miras qoyub

Hindistanın ən məşhur iş adamlarından biri olan Ratan Tata 91 milyon sterlinq sərvətini vəsiyyəti ilə yaxınlarına qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, heç vaxt evlənməyən və övladı olmayan Tatanın ən sevdiyi canlı, heç vaxt yanından ayrılmadığı iti "Tito" olub.

Milyarderin ölümündən sonra ona yaxşı baxılması üçün alman çoban iti olan "Tito"ya sərvət qoyduğu bildirilir. Tata "Tito"ya qeyri-məhdud imkanlarla baxılması üçün bir sərvət buraxsa da, o, itin baxıcısı və aşpazını da unutmayıb. "Tito"ya baxacaq bu iki şəxsə də onun sərvətindən pay veriləcək. Bildirilib ki, Tatanın qardaşı Cimmi və iki ögey bacısı da onun geniş mülkünün bir hissəsini alacaqlar.

Seçilən
24
1
sia.az

2Mənbələr