Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk və Kuraxiv şəhərlərinə doğru irəliləyiblər.
Teleqraf.cm xəbər verir ki, bu barədə Ukraynanın monitorinq qrupu “DeepState” məlumat yayıb.
Qrup bildirir ki, ruslar artıq Kuraxiv şəhəri ətrafındakı Katerinivka və Boqoyavlenka kəndlərinə giriblər.
Rusiya ordusu Şaxtyor və Qostro yaxınlığında da irəliləyə bilib. Qostro Kuraxivdən təxminən 10 kilometr məsafədədir.
“Düşmən Novoselidivkada da irəliləyib”, - məlumatda deyilir.
Müəllif: Mənsur Rəğbətoğlu