AZ

Milyarder itinə, köməkçisi və aşpazına 100 milyon dollarlıq miras qoydu1

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da vəfat edən 86 yaşlı hindistanlı milyarder Ratan Tata vəfat edib. 

 

Sfera.az bildirir ki, Ratan Tata 118 milyon dollara yaxın sərvətinin əsas hissəsini Tito adlı sevimli alman çoban itinə vəsiyyət edib. Vəsiyyətində o, köməkçisi və şəxsi aşpazının da adını yazaraq, onlara külli miqdarda miras qoyub. 

 

Qeyd edək ki, Ratan Tata heç vaxt evlənməyib və övladı olmayıb. O, bütün həyatını öz holdinqi “Tata Group”un inkişafına həsr edib.

 

Ratat Tatanın dəfn mərasimi

 

 

Hindistanda adət olduğu kimi, heç vaxt evlənməmiş və ya uşaq sahibi olmayan bir adamın qardaş-bacılarına sərvət qoyacağı gözlənilirdi. Lakin “Tata Group”un mərhum sədri sevimli iti Titonu vəsiyyətinə daxil edib, qardaşı Cimmi Tatu və ögey bacıları Şirin və Deanna Jeejeebhoya məhəl qoymayıb.

 

Vəsiyyətə görə Tatanın iti, baş köməkçisi Konar Subbiah və aşpazı Rajan Şou mülkünün əksəriyyətini almalıdır. Qardaşlar isə iş adamının əmlakının yalnız bir hissəsini pay ala biləcəklər. 

 

Onu da qeyd edək ki, Hindistanda nadir hallarda ev heyvanlarına və qulluqçulara belə səxavətli məbləğlər verilir, çünki sərvət adətən ailə daxilində saxlanılır. Tata vəsiyyətində qeyd edib ki, ölənə qədər yanında olan sevimli itinə qayğı göstərilməlidir.

 

Milyarderin yaxın dostu Suhel Setin dediyinə görə, köməkçi və aşpaza qalan məbləğ çox səxavətlidir. Bundan əlavə, kişilər indi Titoya qulluq edəcəklər.

 

“O (Ratan Tata - red.) onlar üçün çox, çox səxavətli təminat yaradıb. Onların bir daha heç vaxt işləməyinə ehtiyac qalmayacaq və Titoya da ən yaxşı elə onlar baxacaq"- deyə Setin bildirib.

 

Aysel 

Seçilən
25
sfera.az

1Mənbələr