AZ

Ölkəmizə yeni gələn legioner “üsyan” etdi: “Ona görə uduzduq”

“Turan Tovuz”dan qat-qat yaxşı oynadıq, lakin hakim bizi uduzdurdu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı Rojerio Santos deyib.

Ötən həftə Tovuzda baş tutan qərb derbisi kifayət qədər gərgin alındı.

Hesabı meydan sahibləri açsa da, qonaqlar ststus-kvonu bərpa etməyi bacardı. Lakin son saniyələrdə vurulan qolla tovuzlular sevinən tərəf oldu – 2:1.

25 yaşlı portuqaliyalı qapıçı məğlubiyyətə layiq olmadıqlarını deməklə yanaşı, hakimlər briqadasının səhvlərini sadalayıb:

“Onların birinci qolunu vuran futbolçu (Veysəl Rzayev) topu əli ilə saxlamışdı. İlk hissənin gedişində rəqib futbolçunun Nicat Süleymanova qarşı hərəkəti açıq-aşkar penalti idi, onu da vermədilər.

Və son dəqiqədə qapımıza vurulan qol. Həmin cərimə zərbəsi zamanı Orxan Əliyev topa əli ilə yox, çiyni ilə toxunmuşdu.

Orada qayda pozuntusundan söhbət gedə bilməzdi. Hakim cərimə zərbəsi təyin etdi, o epizodun ardınca qol vurdular.

Hakim 5-6 yanlış qərarı ilə oyunu məhv etdi. Məğlubiyyətə layiq deyildik. Yenə deyirəm, biz hakimə görə uduzduq”.

Maraq üçün bildirək ki, bölgədə baş tutan oyunu Rauf Allahverdiyev idarə edib.

HƏBİB

Seçilən
15
sportinfo.az

1Mənbələr