AZ

Ruhəngizlə Rövşanə arasında mübahisə

"Xəbərin var?" proqramında Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə aparıcı Rövşanə Ağasəfqızı arasında mübahisə düşüb.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Əməkdar artist Vasif Məhərrəmlinin "Ərinin xəyanətini bağışlayan qadın qəhrəmandır" sözləri olub. R.Allahverdiyevanın "Kişi azad məxluqdur" sözü aparıcını özündən çıxarıb:

"Siz deməklə deyil ki... Niyə qadınları aşağılayırsınız?".

R.Allahverdiyeva "Göstərin görək kim xəyanət etmir? Ağıllı qadın başa düşməlidir ki, həyat yoldaşı harasa gedir" sözlərini deyib. 

Aparıcı isə "Sizin belə düşünməyiniz elə kişilərə qol-qanad verir. Dünyanın heç yerində belə şey yoxdur. Amerikada ər xəyanət edirsə, qadın boşanacaq. Qətiyyən haqlı deyilsiniz" deyə, etiraz edib.  

Müğənninin "Onda ailə olmayacaq. Uşaq ortalıqda qalacaq. Kişi nə istəyir edir. Bir həyətin içində 3 arvad saxlayır" sözlərinə Rövşanə "Sizin nəslin xanımları belə deyəndə, elə olacaq" cavabını verib. 

"Qız uşağı ailə qurur və olur qadın. Kişi yüz yerə gedir, amma yenə də kişidir. Biz bunu düzəldə bilsəydik, indi bu qədər ailə dağılmazdı. Ərdə oturmurlar, gəlib deyir, maşın və ya filan şey istəyirəm" deyə, Allahverdiyeva bildirib.

"Əvvəl idi qız qaşını alanda ona vəhşicəsinə baxırdılar. Yanlış və pis faktdır. Qadınları alçaldıb, kişini qaldıra bilməzsən. Hisslər bitibsə, ayrıl. Boşanmanın əleyhinə deyiləm. Bir damın altında zorla yaşamağın mənası yoxdur. Niyə bir-birini aldada-aldada yaşayasan? Cəmiyyət hələ də boşanmış kişiyə normal baxmır. Ailələr riyakar kimi yaşayır. Nədi-nədi toya qol-qola girib gedək". 

Seçilən
15
paralel.az

1Mənbələr