AZ

Azərbaycanın 9 boksçusu Gimnaziadada finala yüksəlib

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir.

Rekord.az xəbər verir ki, multi-idman yarışında Azərbaycan millisinin oğlan boksçuları artıq yarımfinal görüşlərini başa vurublar.

Məktəblilər arasında təşkil olunan Gimnaziadada yığmamızın 9 idmançısı finala vəsiqə qazanıb. Komandamızın heyətində Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) həlledici görüşdə qızıl medal uğrunda döyüşəcək.

Digər boksçularımızdan Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, Gimnaziadada oğlan boksçular arasında finallar sabah olacaq.

Seçilən
0
8
rekord.az

10Mənbələr