AZ

“Fuad Poladov dedi ki, insan tanınandan sonra müəllimini yaddan çıxarar?”

“Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərov müəllimi, mərhum Xalq artisti Fuad Poladovdan söz açıb. Bu haqda sənətçi qonaq olduğu “İzzət şou” verilişində danışıb.

R.İsgəndərov F.Poladovla universitet illərindən sonrakı görüşünü belə xatırlayıb:

“Xalq artisti Fuad Poladovla təbələri arasında hər zaman dəmir pərdə olub. Ona bir söz deməyə hər zaman çəkinmişik. İllər keçdi, biz 2008-ci ildə Fəvvarələr meydanında görüşdük. O, Səməd Vurğun adına Akademik Rus Dram teatrından çıxırdı. 1995-ci ildə mən universiteti bitirəndən sonra sənət yolumuz elə gəlməmişdi ki, biz görüşək. Boyum kiçik, Fuad Poladov isə hündür. O, baxıb üzümə dedi ki, insan tanınandan sonra müəllimini yaddan çıxarar? Məni öz tamaşalarına niyə çağırmırsan?O qədər ciddi idi ki… Xasiyyəti çox ciddi idi”.  (olay)

Seçilən
6
8
yenigundem.az

10Mənbələr