AZ

Adel xəstəliyi səbəbindən eşitmə qabiliyyətini itirir

Müğənni Adel sol qulağının eşitmə qabiliyyətini qismən itirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mirror” bildirib.

...Sənətçi açıq gölməçədə çimərkən qulaq kanalına nadir bir bakteriya girib və bu, iltihaba səbəb olub.

Baş verənlərin aydın olmaması səbəbindən ona dərhal düzgün diaqnoz qoyulmayıb və ilk təyin olunan antibiotik kömək etməyib.

Terapiya dəyişdirildikdə, təkmilləşdirmələr başlasa da, lakin çox gec olub. Belə ki, onun eşitmə qabiliyyəti pozulub. ...Məndə heç vaxt belə bir şey olmayıb. Bu, mənim başıma gələn ən ağrılı şeydir. Bu, doğuşdan da pis idi, -deyə Adele qəbul etdiyi dərmanın kömək etmədiyi o günləri xatırlayır.

Müğənni dözməyin o qədər çətin olduğunu da paylaşıb. Xoşbəxtlikdən, yeni dərman ona kömək edib. Lakin indi ulduz zədələnmiş orqanını bərpa etmək üçün işinə uzun müddət fasilə verməli olacaq.

Nazlı Almuradova

Seçilən
22
sia.az

1Mənbələr