AZ

ABŞ-ın Nyu-York əyalətində Türkiyə Cümhuriyyət Bayramı qeyd olunub

 

Amerika Birləşmiş Ştatlarının Nyu York vilayətindəki Türk Evi binasında 29 oktyabr Türkiyə Cümhuriyyət Günü və ölkənin quruluşunun 101-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Türkiyənin Vaşinqtondakı səfiri Sədat Önal və Nyu York Baş konsulu Muhittin Ahmet Yazalın ev sahibliyi etdiyi 29 oktyabr Cümhuriyyət Günü qəbuluna çoxsaylı dəvətlilər və ABŞ-dakı türk icmasının üzvləri qatılıb.

İstiqlal marşı və ABŞ himninin  səsləndirilməsi ilə başlayan proqramda prezident Rəcəb Tayyib Ərdoğanın video müraciəti yayımlanıb. Səfir Sedat Önal burada çıxış edərək "Bu gün çox xoşbəxt bir gündür. Haqlı bir qürur yaşayırıq, coşğu içindəyik. Gələcəyə ümidlə baxırıq" sözləri ilə iştirakçıları təbrik edib.

Baş konsul Yazal "Burada Türkiyənin evi, türklərin evi olan Türk Evində sizinlə bir yerdə olmaq bizə sevinc verir" ifadəsini işlədib.

Çıxışlardan sonra iştirakçılara yemək təqdim olunub. Proqram konsertlə davam edib.



Seçilən
17
trt.net.tr

1Mənbələr