AZ

“WhatsApp”a yeni funksiya gəlir

“Android” əməliyyat sistemi ilə işləyən cihazlarda “WhatsApp” messencerinə yeni funksiya əlavə olunacaq.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, istifadəçilər bəzi kontaktların baxılmamış statusları haqqında xatırlatmaları aktivləşdirə biləcəklər. Məlumata görə, onları bildirişlərlə bağlı parametrlər bölməsində aktivləşdirmək olar. Xatırlatmaları aktivləşdirən istifadəçilər sevimli kontaktlarının dərc etdiyi statuslar və ya istifadəçinin tez-tez cavab verdiyi statuslar barədə bildirişlər alacaqlar.

Qeyd olunub ki, xatırlatmaların tezliyi avtomatik olaraq təyin olunur

Seçilən
22
4
manset.az

9Mənbələr