AZ

PENİSYA VƏ MÜAVİNƏTLƏR NİYƏ GECİKDİRİLİR? – “Burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil…”

“Pensiyaların gecikməsi bu aidiyyatı qurumu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil”.

Ulusal.az  xəbər verir ki, bunu iqtisadçı Rəşad Həsənov oktyabr ayında ölkədə müavinətlərin və təqaüdlərinin gecikdirilməsini şərh edərkən bildirib.

Qeyd edək ki, əmək pensiyaları sentyabda ayın 17-də, oktyabrda isə ayın 24-də ödənilib. Digər ödənişlər isə oktybarın 28-də kartlara köçürülüb.

“Biz Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil”, – Rəşad Həsənov əlavə edib.

İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: “Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib”.

O, vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: “Məsələn, “ayın ilk 10 günündə” və ya “ayın son 10 günündə” kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir”.

Amma, R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: “Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar”.

DSMF-dən verilən məlumata görə, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: “Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb”.

Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: “Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir”.“AzPolitika.info”

Seçilən
1
1
moderator.az

2Mənbələr