AZ

Rəqəmsal layihələrlə zənginolan UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı (FOTO)

Bakı. Trend:

UNEC İnnovativ Gənclər Təşkilatının keçirdiyi İnnovasiyaHəftəsi uğurla başa çatıb. Tələbələrin maraqla qarşıladıqları vəböyük həvəslə iştirak etdikləri İnnovasiya Həftəsi gənclərinyaradıcılıq potensialını ortaya çıxarmaq üçün möhtəşəm birplatforma oldu.

İnnovasiya Həftəsinin rəsmi açılışında tələbələrlə iş üzrəprorektor dosent Səadət Qəndilova çıxış edərək, yeni yaradılmışUNEC İnnovativ GənclərTəşkilatının fəaliyyətindən söz açaraq, tələbələrə yenilayihələrində uğurlar arzulayıb.

Sonra UNEC İnnovativ Gənclər Təşkilatının sədri Samirİsmayılzadə İnnovasiya Həftəsi barədə məlumat verib. Təşkilat sədribildirib ki, İnnovasiya Həftəsi tələbələrə innovasiya sahəsindəyenilikləri təşviq etmək və onların bu istiqamətdə yaradıcılıqpotensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində tələbələrüçün innovasiyaya aid müxtəlif seminarlar, təlimlər, panelmüzakirələri, eləcə də startap ideyalarından ibarət hakaton təşkilediləcək.

Tədbirin panel müzakirələrində ölkənin aparıcı şirkətlərininnümayəndələri innovasiya və rəqəmsal texnologiyalar barədə maraqlıtəqdimatlarla çıxış ediblər və tələbələrin suallarınıcavablandırıblar.

Layihə çərçivəsində rəqəmsal layihələrdən ibarət innovasiyasərgisi keçirilib. Eləcə də, intellektual yarış və mini hakatontəşkil olunub. Hakatonda Rəqəmsal iqtisadiyyat fakültəsinintələbələrdən ibarət komandalar yaşıl iqtisadiyyat mövzusundamaraqlı təqdimatlar hazırlayaraq, qələbə uğrunda yarışıblar. Sondamünsiflər heyətinin qərarı ilə “Eco solition” layihəsi qalibseçilib.

Maraqlı layihələrlə yaddaqalan İnnovasiya Həftəsinin sonundamükafatlandırma mərasimi keçirilib. Qalib komandanın üzvləri“In4Tech Academy”də 100% təqaüdlə təhsil almaq imkanı qazanıblar.Digər iştirakçılara isə sertifikatlar təqdim olunub. İnnovasiyaHəftəsi möhtəşəm konsert proqramı ilə yekunlaşıb.

Qeyd edilib ki, İnnovasiya Həftəsinin rəsmi tərəfdaşı Layihəİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, əsas tərəfdaşı “Bakcell”şirkəti, sponsoru isə və In4Tech Akademiyası olub.

Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Rəqəmsal
Seçilən
26
10
az.trend.az

10Mənbələr