AZ

"Fuad Poladova söz deməyə hər zaman çəkinmişik" - VİDEO

Xalq artisti Fuad Poladovla təbələri arasında hər zaman dəmir pərdə olub.

 

Modern.az xəbər verir ki, bunu Əməkdar artist Rafael İsgəndərov “İzzət şou” verilişində deyib.

 

“Ona bir söz deməyə hər zaman çəkinmişik. İllər keçdi, biz 2008-ci ildə Fəvvarələr meydanında görüşdük. O, Səməd Vurğun adına Akademik Rus Dram teatrından çıxırdı. 1995-ci ildə mən universiteti bitirəndən sonra sənət yolumuz elə gəlməmişdi ki, biz görüşək. Boyum kiçik, Fuad Poladov isə hündür. O, baxıb üzümə dedi ki, insan tanınandan sonra müəllimini yaddan çıxarar? Məni öz tamaşalarına niyə çağırmırsan?O qədər ciddi idi ki… Xasiyyəti çox ciddi idi”, - o, müəllimini belə xatırlayıb.

 

 

Seçilən
3
8
modern.az

10Mənbələr