AZ

“Antibiotikdən yanlış istifadə etdim, qismən kar qaldım...”

Dünyaşöhrətli müğənni Adel səhhətindəki problemlərlə bağlı açıqlama verib.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini bildirib.

36 yaşlı sənətçi nadir rast gəlinən bir su bakteriyasının yaratdığı xəstəlik və onun müalicəsi üçün antibiotikdən yanlış istifadə etməsi nəticəsində qismən eşitmə qüsuru yarandığını söyləyib: “Müalicə etmək çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Bir neçə dəfə qulağımı kəsmək istədim. Artıq ağrım yoxdur, bu, əladır, amma sol qulağım bir az kar qalıb”.

Qeyd edək ki, 16 “Grammy” mükafatlı müğənni “Weekends With Adele”dən sonra bir müddət səhnəyə ara verəcəyini açıqlamışdı. 2022-ci ilin son aylarında Las-Veqasda çıxış edən müğənni son konsertini noyabrın 23-ü verəcək.

Seçilən
16
3
olke.az

4Mənbələr