AZ

Abşeron İcra Hakimiyyəti bələdiyyə sədrinin atasına ayırdığı ərazi... - Cinayət işi başlayıb

Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Böyük Ağa Yarıyevin atası Xaləddin Yarıyev istintaqa cəlb olunub.

İlkin araşdırmalarla müəyyən olunub ki, Xaləddin Yarıyevin sahiblərindən olduğu Türkan qəsəbəsində yerləşən daş karxanasında yerin təkindən qanunsuz olaraq istifadə olunub, karxana ərazisindən kənarlaşma baş verib.

Famil Yarıyev şikayətində yazıb ki, Xaləddin Yarıyev Abşeron İcra Hakimiyyəti tərəfindən icarəsinə verilmiş 15 hektar torpaq sahəsində dağ mədən aktı almadan, həmçinin özünə aid olmayan Dövlətə məxsus ətrafda yerləşən sahələrdə qanunsuz daş karxanası işlədir, dövlətə külli miqdarda ziyan vurur.

Yada salaq ki, Xaləddin Yarıyev əvvəllər də oxşar qanunsuz fəaliyyətinə görə istintaqa cəlb olunaraq həbsə alınıb. Belə ki, 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları müəyyən olunub.

Seçilən
8
1
mia.az

2Mənbələr