AZ

Kerem Aktürkoğlu: "Bu stadionu sevirəm, çünki..."

Portuqaliya Liqasının 9-cu həftəsində "Benfika"nın "Rio Ave"ni 5:0 hesabı ilə məğlub etdiyi matçdaTürkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu het-trik edib. 

Apasport.az xəbər verir ki, türkiyəli matçdan sonra Portuqaliya mediasına açıqlama verib:

“Mən bütün arzularımı həyata keçirirəm və bunu addım-addım reallaşdırdığım üçün xoşbəxtəm. Bu stadionu sevirəm, çünki mənə şans verir. Burada oynadığım hər matçda qol vurdum və inşallah belə davam edər". 

Qeyd edək ki, Aktürkoğlu evdə çıxdığı 3 oyunda 5 qolla yadda qalıb. Bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxan türkiyəli 10 qol, 5 ötürmə ilə fərqlənib. 

Aktürkoğlu Nunyezin rekorduna şərik çıxdı

“Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər

“Bavariya” “Bohum”a “5” verdi

Kenan Yıldız “Yuventus”u xilas etdi

"Arsenal" - "Liverpul" matçında sülh, "Yunayted" məğlub olub

Seçilən
9
apasport.az

1Mənbələr