AZ

Ölkə tarixinin ən bahalı müharibəsi — 93 milyard dollar...

Son bir ildə İsrail Qəzzanı və Livanın cənubunu bombalayıb, minlərlə əsgər göndərib, minlərlə hava zərbəsi endirib və artıq hava sistemlərinə milyonlarla dollar xərcləyib. Hücumlar iqtisadiyyatı sarsıdıb. Bəs İsrail iqtisadiyyatı müharibədən necə təsirlənir? 

Demokrat.az
xəbər verir ki, BBC müxbiri Ceremi Hauellin sözlərinə görə, İsrail hökuməti HƏMAS və "Hizbullah"a qarşı müharibəsinin 60 milyard dollara başa gələcəyini hesab edir. Ölkə iqtisadiyyatı artıq zərər görməyə başlayıb.

İsrailin maliyyə naziri Bezalel Smotriç sentyabrda İsrail parlamentində - Knessetdə deyib: "Biz İsrail tarixinin ən uzun və ən bahalı müharibəsindəyik". Onun sözlərinə görə, müharibənin dəyəri 54-68 milyard dollar arasında ola bilər.

İsrailin Livana qarşı müharibəsi və İrana qarşı hücumları müharibənin qiymətinin daha da artmasına səbəb ola bilər.

İngiltərənin Şeffild Hallam Universitetindən iqtisadçı Amr Alqarhi bəyan edib ki, müharibə gələn il davam edərsə, xərclər 93 milyard dollara çata bilər. 

İsrail Bankı müharibəni xəzinə vekselləri və dövlət istiqrazları satmaqla maliyyələşdirməyə çalışır. Mart ayında satışdan rekord məbləğdə - 8 milyard dollar gəlir əldə edilib. Araşdırmalar göstərir ki, daha açıq fikirli insanlar daha çox intellektual qabiliyyətlərə və daha orijinal düşüncələrə və daha da yaxşı ürək-damar sağlamlığına malikdir.

İstiqrazlar xaricdəki alıcılara satılır, o cümlədən bunların arasında İsraildən kənarda yaşayan yəhudilərin aldığı "diaspora istiqrazları" da var. Bununla belə, xaricilərin zaman keçdikcə daha az dövlət istiqrazları aldıqları da göz qabağındadır. Qurumun məlumatlarına görə, dövlət istiqrazlarının 8,4 faizi əcnəbilərin əlindədir və bu rəqəm müharibə başlamazdan əvvəl 2023-cü ilin sentyabrında 14,4 faiz civarında idi.

Təl-Əviv Universitetində İqtisadçı Prof. Manuel Trajlenberq izah edir ki, nəticədə dövlət istiqrazlarının faiz dərəcəsi onları daha cəlbedici etmək üçün yüksəlir. Belə ki, dövlət tərəfindən ödəniləcək istiqrazların faiz dərəcəsində 1,5 faiz artım olub.

Üç beynəlxalq reytinq agentliyi - "Moody's", "Fitch" və "Standard and Poor's" dövlət istiqrazlarının reytinqini aşağı salıb.

Təl-Əviv iqtisadçısı Dr. Tomer Fadlonun fikrincə, bu qurumların reytinqi aşağı salmasının səbəbi hökumətin istiqrazları ödəyə bilməyəcəyindən narahat olmaları deyil. Fadlon İsrailin dövlət maliyyəsinin yaxşı vəziyyətdə olduğu qənaətindədir. Bununla belə, bu qurumların İsrail hökumətinin dövlət maliyyəsi və gələn il üçün xərcləmələri ilə bağlı narahatlıqları var.

İsrail Bankının keçmiş prezidenti prof. Karnit Fluq hesab edir ki, hökumət büdcə kəsirinə təxminən 10 milyard dollarlıq büdcə kəsirləri və vergi artımları etməklə nəzarət etməyə çalışacaq. Amma əlavə edir ki, həmkarlar ittifaqları və bəzi koalisiya üzvləri bu planlara etiraz edəcəklər. Yerusəlimdəki İbrani Universitetindən Prof. Esteban Klor qeyd edir ki, hərbi strategiyanı müşayiət edən iqtisadi strategiya yoxdur.

Dünya Bankının məlumatına görə, ötən il İsrail iqtisadiyyatı 0,1 faiz kiçilib. İsrail Bankı isə iyul ayı ilə müqayisədə proqnozunu aşağı salıb və bu il iqtisadi artımın yalnız 0,5 faiz səviyyəsində qalacağını proqnozlaşdırır.

Keçən il əksər şirkətlər işçi tapmaqda çətinlik çəkib. Bunun səbəblərindən biri də ordunun 350 mindən çox insanı hərbi xidmətə çağırması olub. Bu insanların əksəriyyəti buraxılsa da, daha 15 min nəfər Livandakı münaqişələrə çağırılıb. Bundan əlavə, Qəzzadan olan 220 min insanın işləmək üçün ölkəyə girişi qadağan edilib. Bu, təxminən 80 min fələstinlinin işlədiyi tikinti sektorunu gərginləşdirib. İndi bu işçilərin Hindistan, Şri-Lanka və Özbəkistandan olan işçilərlə əvəzlənməsi üçün səylər göstərilir.

Prof. Karnit Fluq vurğulayır ki, müharibə başa çatdıqdan sonra İsrailin yüksək texnologiyalı sektoru sayəsində iqtisadi artımı sürətlənəcək: "Ancaq bu müharibə əvvəlkilərdən daha uzun sürdüyü və daha çox əhaliyə təsir etdiyi üçün bərpa daha zəif və daha yavaş ola bilər".

Jalə
Demokrat.az
Seçilən
5
2
demokrat.az

3Mənbələr