AZ

Dünya şöhrətli müğənni bu səbəbdən kar olub

Dünya şöhrətli müğənni Adel eşitmə qabliyyəti itkisindən əziyyət çəkdiyini və qulaq infeksiyası səbəbiylə qismən eşitmə qüsurlu olduğunu açıqlayıb. 

Demokrat.az
xəbəre verir ki, çətin müalicə prosesi keçirdiyini deyən sənətçi yanlış antibiotik istifadə etməsi nəticəsində başına gələnlərdən danışıb.

Qremmi mükafatlı müğənni Adel çətin müalicə prosesi tələb edən nadir bir su bakteriyasının yaratdığı xəstəlik səbəbindən qismən kar qaldığını bildirib. Britaniyalı müğənni bunu "doğumdan da pis" adlandırıb.

Bir uşaq anası olan Adel Las-Veqasdakı "Caesars Palace"da çıxışı zamanı səhhətindəki problemi belə izah edib: "Qulağımda infeksiya var və bu, dəhşətlidir. Əvvəllər heç vaxt belə bir xəstəlik keçirməmişdim. Ən ağrılısı da bu idi. Başıma gələn hadisə doğumdan daha pisdir. Bu, nadir su bakteriyasıdır. Müalicə etmək çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Nəhayət, işə yarayan bir antibiotik verməyi bacardılar. Bir neçə dəfə qulağımı kəsmək istədim. Artıq ağrım yoxdur, hər şey əladır, amma sol qulağımda bir az kar qalıb".

16 dəfə Qrammi mükafatı alan müğənni "Weekends With Adele" verilişindən sonra bir müddət səhnəyə ara verəcəyini açıqlayıb. 2022-ci ilin son aylarından Las-Veqasda çıxış edən müğənni son konsertini noyabrın 23-də verəcək.

Jalə
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr