AZ

Sumqayıt və Xızı məktəbləri arasında təcrübə mübadiləsi - "Uğur körpüsü"

Sumqayıt şəhəri üzrə ümumi təhsil müəssisələri ilə Xızı rayonu üzrə ümumi təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə "Uğur körpüsü" layihəsi fəaliyyətə başlayıb.

Abşeron - Xızı Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, layihə çərçivəsində Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin qabaqcıl pedaqoji heyətinin təcrübəsinin Xızı rayonu üzrə ümumi təhsil müəssisələrində tətbiqini həyata keçirmək məqsədilə Xızı rayonu ərazisində bir çox təhsil müəssisələrinə səfər edilib.

Qeyd edək ki, layihənin məqsədi Xızı rayonu üzrə təhsil müəssisələrində tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, buraxılış imtahanları, müxtəlif olimpiada və müsabiqələr üzrə nəticələrin yaxşılaşdırılmasıdır.

Seçilən
18
tehsil.biz

1Mənbələr