AZ

"Bütün xəyallarımı gerçəkləşdirirəm" - Aktürkoğlu

style='margin-bottom:10px;'>

"Benfika"nın türk futbolçusu Kerem Aktürkoğlu Portuqaliya Liqasının 9-cu turunda "Rio Ave"yə qalib gəldikləri görüş haqqında danışıb.

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu sözügedən matçda het-trik edib. Bu, Keremin bu mövsüm Portuqaliya Liqasında meydana çıxdığı 4-cü oyunda 5-ci qoludur. O, 2 qolun da ötürməsini edib. Türkiyə millisinin üzvü Çempionlar Liqasında isə 3 oyuna 3 qol vuraraq bombardirlər siyahısına düşüb.

K.Aktürkoğlu "Rio Ave" ilə oyundan sonra "Benfika"nın televiziyasına açıqlamasında belə nəticələr göstərdiyi üçün xoşbəxt oluğunu deyib: "Bütün xəyallarımı gerçəkləşdirirəm. Bunu addım-addım həyata keçirmək məni xoşbəxt edir. Bu stadionu çox sevirəm. Çünnki mənə şans gətirir. Burada keçirdiyim hər matçda qol vurmuşam. Ümid edirəm ki, belə davam edəcəyəm". 

Qeyd edək ki, Kerem Aktürkoğlu bu yay "Qalatasaray"dan "Benfika"ya transfer olunub.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr