AZ

Tanınmış müğənni Coşqunun parodiyasına görə ondan küsübmüş - VİDEO

Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimov "İzzət şou"da qonaq olublar.

Milli.Az xəbər verir ki,  proqramın aparıcısı İzzət Bağırov "Hansı məşhur onu parodiya etdiyinizə görə sizdən küsüb?" sualını qonaqlara ünvanlayıb.

Coşqun Rəhimovun cavabı isə belə olub:

"Parodiya özü böyük sənətdir. Bir dəfə Əməkdar artist Könül Kərimovanı parodiya etmişdim. O məndən inciməmişdi amma iradını bildirmişdi. Ondan sonra onu bir daha parodiya etmədim".

Müğənni Xatun Əliyeva da bu sözləri təsdiq edərək "Könül xanımın xoşuna gəlmir onu parodiya edəndə. O, inciyir" sözlərini dilə gətirib.

Milli.Az

Seçilən
5
3
milli.az

4Mənbələr