AZ

Murad Dadaşov məşhur filmi səsləndirdi - Video

Xəzər televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşov sosial media hesabında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Murad Dadaşov bu haqda rəsmi İnstaqram hesabında məlumat verib: “Əziz balalar və onların valideynləri! Böyük sevinc hissi ilə xəbər etmək istəyərdim ki, dünya şöhrətli Paddinqton yeni filmlə böyük ekranlara gəlir. "Paddington in Peru"da sevilən Paddinqtonu doğma dildə səsləndirmək yenə də mənim payıma düşür. Film çox maraqlı və xoş əhval-ruhiyyəli alındı. Ən yaxın zamanda kinoteatrlarda sizə gözəl və rahat seyr etmək arzusu ilə...”.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
4
1
teleqraf.com

4Mənbələr