Sosial medianın imkanlarından istifadə edərək kampaniya aparan "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-dən şikayətlər var.
Mia.az-ın məlumatına görə, "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-nin (VÖEN 1406921041) rəhbəri İsmayılov Azər Şahmar oğlu (Ünvan: Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küç. ev.34 m.17) 3 ay ərzində ingilis dilini öyrədəcəyini bəyan edərək vətəndaşlardan öncədən təhsil haqqı alır. Sonra isə müxtəlif bəhanələrlə dərsləri keçməkdən yayınır.
Məlumata görə, ilk baxışda Azər İsmayılov hər şeyi qanuni edir: "O, vətəndaşlarla müqavilə bağlayır və 3 aylıq ödənişi öncədən alır. Daha sonra isə 1 ay ərzində müxtəlif bəhanələrlə dərsin başlamasını uzadır. Əlaqə üçün göstərilən +994513311723 və +99453120901 nömrələrinə isə zənglərə cavab vermir. Həmçinin ödənişini aldıqdan sonra +99453120901 nömrəli whatsap zənglərinə də cavab vermir. Vətəndaşın pulunu geri qaytarmasını istəyəndə, o, yoxa çıxır. Sosial media hesablarını tez- tez dəyişməklə şirinləşdirici vədlərlə yeni insaları bu prosesə cəlb etməyə çalışır. Hazırda Azər İsmayılov dərs keçmək əvəzinə instagramda yeni kampaniyalar aparmaqla daha çox vətəndaşlardan pul yığmağa çalışır".
Samir Musayev
MİA.AZ