AZ

Gürcüstan Prezidenti seçkilərdən sonra etirazlara çağırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını qeyd edib.
“Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Seçilən
9
14
sherg.az

10Mənbələr