AZ

"Qarabağ"dan növbəti qələbə

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XI turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "köhlən atlar"ın qalibiyyəti ilə yekunlaşıb - 3:0.

47-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 66-cı dəqiqədə Redon Cica fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Yasin Benziya yekun hesabı müəyyənləşdirib.

Hazırda lider olan Ağdam təmsilçisi qələbə sayəsində xallarının sayını 27-yə çatdırıb. 12 xalı olan qonaqlar 6-cı sırada qalıb.

Seçilən
7
17
bakivaxti.az

10Mənbələr