AZ

Liqa 1: PSJ Marseldə 3 cavabsız qola sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i doğma meydanda “Oser”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Monako” səfərdə “Nitsa”ya, “Nant” isə “Strasburq”a məğlub olub. “Monpelye” də “Tuluza”ya doğma meydanda uduzub.

Marsel “Olimpik”inin qonağı olan PSJ də turu qələbə ilə başa vurub. Paris təmsilçisi 3 xalı 3 cavabsız qolla təmin edib.

Beləliklə, 9 turdan sonra 23 xala malik PSJ vahid liderdir. “Monako”nun 20, Marsel “Olimpik”i ilə “Lill”in 17, “Lans”, “Reyms” və Lion “Olimpik”inin isə 14 xalı var.

Fransa, Liqa 1
9-cu tur
25 oktyabr

Renn – Havr 1:0
Qol: A.Qomes, 54.

26 oktyabr

Anje – Sent Etyen 4:2
Qollar: Abdelli, 7. Aholu, 39. Niane, 69-pen. Dienq, 90+3 – Davitaşvili, 16-pen; 57.

Reyms – Brest 1:2
Qollar: Okumu, 29 – Fevr, 4-pen. Balde, 18.

Lans – Lill 0:2
Qollar: David, 90+8. Bayo, 90+11.

27 oktyabr

Olimpik (Lion) – Oser 2:2
Qollar: Mikautadze, 45+5; 62 – Diomande, 47. Traore, 72.

Monpelye – Tuluza 0:3
Qollar: Abuxlal, 5; 8. Kinq, 27.

Nitsa – Monako 2:1
Qollar: Gessan, 45+1. Labord, 71 – Embolo, 39.

Strasburq – Nant 3:1
Qollar: A.Santos, 17; 57 – Girassi, 83.

Olimpik (Marsel) – PSJ 0:3
Qollar: Neves, 7. Balerdi, 29-öz qapısına. Barkola, 40.

Seçilən
26
1
arena.az

2Mənbələr