AZ

MPL: "Sabah" "Neftçi" ilə oyunda penaltini boşa verdi - YENİLƏNİR

Bu gün Milsi Premyer Liqasına XI tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə daha iki görüş baş tutacaq. 

Əvvəlcə "Neftçi" ilə "Sabah" üz-üzə gələcəklər. Samir Abasovun gəlişindən sonra qələbə həsrətinə son qoyan "ağ-qaralar"ın ilk çətin sınağı məhz "bayquşlar"la səfər matçı olacaq. 

Turun son qarşılaşmasında isə "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Qurban Qurbanovun komandası qələbə qazanmaqla yenidən vahid lider olmaq əzmindədir.

Qeyd edək ki, növbəti turun oyunları 1-3 noyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur
27 oktyabr

"Sabah" – "Neftçi" 0:0 (2-ci hissə)
Sekidika (Sabah) 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (dirək)
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehdiyev
"Bank Respublika Arena"

“Sabah”: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris. 
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 99. Neqoş Kupusoviç. 
Baş məşqçi: Krunoslav Renduliç. 

“Neftçi”: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. 
Baş məşqçi: Samir Abasov. 

19:00. "Qarabağ" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllıVAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
12
fanat.az

1Mənbələr