AZ

“Gürcü Arzusu” ən yüksək səsi Bakıdakı seçki məntəqəsində toplayıb

Gürcüstanda keçirilən parlament seçkiləri zamanı xaricdə açılan seçki məntəqələri arasında hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası ən çox səsi Bakıda yerləşən 2 saylı seçki məntəqəsində əldə edib.

Turkustan.az Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər verir ki, Bakıda yerləşən 2 saylı seçki məntəqəsində 292 nəfər Gürcüstan vətəndaşı səs verib və onların 96,5%-i və ya 282 nəfəri hakim “Gürcü Arzusu” partiyasına səs verib.

Bakıda yerləşən digər seçki məntəqəsində - 4 saylı məntəqədə isə hakim “Gürcü Arzusu” partiyası 84% səs alıb.

Qeyd edək ki, Türkiyədə də 2 seçki məntəqəsi formalaşdırılıb. Trabzonda yerləşən seçki məntəqəsində səs verən Gürcüstan vətəndaşlarının 70,4%-i, Ankarda yerləşən seçki məntəqəsində səs verənlərin isə 30%-i hakim “Gürcü Arzusu” partiyasını seçiblər. /yeniavaz.com/

Seçilən
12
2
turkustan.az

3Mənbələr