AZ

Taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksisürücülərinin və beynəlxalq sərnişin və yük daşımalarıfəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığınınqiymətləndirilməsi üçün Mərkəzin elektron imtahanlar korpusundatest imtahanı keçirilib.

DİM-dən Trend-əbildiriblər ki, imtahanlar elektron qaydada kompüter vasitəsilə 1saat müddətində aparılıb və namizədlərə biliklərini nümayişetdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçininsabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 1398 namizədqeydiyyatdan keçib. Onlardan 1303 namizəd imtahana gəlib. İmtahannəticələrinə əsasən, 1067 namizəd tələb olunan şərtləri ödəyərəkuğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusihazırlığın proqramını əhatə edən, etik davranış və avtomobilnəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqiaktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isəpeşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hərtapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablardüzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox baltoplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox baltoplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərimtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiqşəhadətnamələr təqdim ediləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 28-29oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahanMərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Taksi
Taksi
Taksi
Taksi
Seçilən
21
21
az.trend.az

10Mənbələr