AZ

Moldova: Prezidentliyə namizədlər bir-birini ittiham ediblər

Moldovada prezident seçkilərinin ikinci turu öncəsi namizədlər bir-birinə qarşı iddia ilə çıxış ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Maya Sandu debatda bildirib ki, onun rəqibi Aleksandr Stoyanoqlo keçmiş dövlət başçısı İqor Dodonla, Moskvada olan “Qələbə” blokunun lideri İlan Şorla və Londona getmiş bankir Vyaçeslav Platonla əlaqələrə malikdir.

“Stoyanoqlo Troya atıdır və bu atın arxasında kimin gizləndiyini bilirik - Dodon, Şor, Platon. Bu debat Moldova üçün iki alternativ haqqındadır: durğunluq və ya inkişaf, sabitlik və ya qeyri-sabitlik”, - Sandu bildirib.

Ona cavab olaraq Stoyanoqlo korrupsiyaya uğramış məmurlara qarşı aparılan, o cümlədən Moldova banklarından 1 milyard dolların oğurlanması ilə bağlı qaldırılmış işləri sadalayıb və bildirib ki, Sandu onu qanunsuz olaraq baş prokuror vəzifəsindən uzaqlaşdırana qədər bu işləri araşdırıb.

Prezident seçkilərinin ikinci turu noyabrın 3-nə təyin edilib.

Musavat.com

Seçilən
21
1
musavat.com

2Mənbələr