AZ

İsraildə yük maşını dayanacağa çırpıldı: 6 ÖLÜ, 50 YARALI - VİDEO

İsrailin Ramat-a Şaron şəhərinin Glilot rayonunda yük maşını avtobus dayanacağına çırpılıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, sürücü idarə etdiyi maşını dayanacaqda olan insanların üzərinə sürüb.

Nəticədə 6 nəfərin öldüyü, 50-yə yaxın insanın yaralandığı bildirilir. Yaralılardan 15-nin vəziyyəti ağırdır.

İsrail polisi hadisənin terror olıduğunu bildirib.

Rami Natur adlı sürücü ərəb əsilli İsrail vətəndaşıdır. Hadisə yerində olan mülki vətəndaşlar atəş açaraq onu öldürüblər.

Araşdırma aparılır.

Seçilən
5
2
korrespondent.az

10Mənbələr