AZ

“Qarabağ” mövqeyini qorudu – “Neftçi” irəlilədi

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

KONKRET.az xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.

Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 277 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun yetirmələrinin xal hesabı dəyişməz qalıb. Təmsilçimiz mövqeyini qoruyub.
Bir pillə geriləyən “Neftçi” 19 xalla 249-cu sıradadır.

15 xalı olan “Sabah” 9 pillə geriləyib və 279-cudur. Bir xal geri qalan “Zirə” 282-ci pillədə yer alıb. Qəsəbə klubu 3 addım irəliləyib.

Qeyd edək ki, siyahıya 2410 xala malik “Real” başçılıq edir.

Seçilən
6
9
konkret.az

10Mənbələr