AZ

Qəbələdə ağır qəza - ÖLƏN VAR

Oktyabrın 27-də saat 08 radələrində  Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Korrespondent.az-a bildirilib ki,  nəticədə “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sərnişini - 35 yaşlı Rusif Kərimov  xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
29
korrespondent.az

10Mənbələr