Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
Bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
\"Türkiyə Silahlı Qüvvələri \"Fərat Qalxanı\" və \"Barış Pınarı\" [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib\", - məlumatda diqqətə çatdırılıb.