AZ

Renar yenidən Səudiyyə Ərəbistanı yığmasında

Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, komandaya Erve Renar rəhbərlik edəcək.

Fransalı mütəxəssis artıq 1 dəfə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib. Renar 2019-2023-cü ildə səudiyyəlilərlə əməkdaşlıq edib. Yığma onun rəhbərliyi ilə DÇ-2022-nin final mərhələsində çıxış edib. O, Qana, Zambiya, Anqola, Fil Dişi Sahili və Mərakeş kimi ölkələrin millisində də fəaliyyət göstərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı uğursuz nəticələrdən sonra Roberto Mançini ilə yollarını ayırıb.

İdman.biz

Seçilən
32
1
idman.biz

2Mənbələr