"Barselona"nın vingeri Lamin Yamal növbəti rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "Santyaqo Bernabeu"da komandasının 3-cü qolunu vuraraq "Real Madrid"in darmadağınında əsas pay sahibi olan vunderkindin qolu tarixə düşüb.
"Barca Universal"-ın məlumatına görə, ispaniyalı "El Klasiko" tarixinə ən gənc qol vuran oyunçu kimi düşüb. Gənc ulduz bunu 17 yaş 106 günlüyündə reallaşdırıb.
Lamin Yamal cari La Liqada 11 matçda 5 qol və 6 məhsuldar ötürmə edib.
"Barselona" 11 turdan sonra İspaniya çempionatının turnir cədvəlində "Real Madrid" üzərində xal fərqini 6-ya yüksəldib.
Mirağa