AZ

Yumurtanı Rusiyaya 14,5, İraqa isə 13,4 qəpiyə satırıq


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan Rusiyaya 48 milyon 654 min ədəd yumurta ixrac olunub.
Yeniavaz.com 
xəbər verir ki, Rusiyaya ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 14,5 qəpik (8,5 sent) olub.
Bundan başqa bu ilin ilk 8 ayında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 13 milyon 608 min ədəd, İraqa isə 1 milyon 80 min ədəd yumurta satılıb. Birləşmiş Ərəb Əmirliklərinə satılan yumurtanın bir ədədinin orta gömrük dəyəri 15 qəpik (8,9 sent), İraqa satılan yumurtanın bir ədədinin orta gömrük dəyəri isə 13,4 qəpik (7,9 sent) olub.
Onu da qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycan Belarusdan bir ədədi 18,9 qəpiyə (11,1 sent) 292 min ədəd yumurta alıb.
Məlumat üçün bildirək ki, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən ötən ilin dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir.


Seçilən
8
2
nuh.az

3Mənbələr