AZ

Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 54,09% səslə liderdir - YENİLƏNİB

Gürcüstanda seçki məntəqələrinin 99,646%-də (3100 məntəqə) səslərin sayılması başa çatdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Nəticələrə əsasən, hakim partiya bütün səslərin 54,09%-ni əldə edib.

Partiyaya 1 117 480 seçici səs verib. 4 əsas müxalifət koalisiyası isə birlikdə 37,58% səs qazanıb.

***09:14

Gürcüstan Mərkəzi Seçki Komissiyası şənbə günü keçirilən parlament seçkilərində səslərin 97 faizini hesablayıb.

İqtisadiyyat.az xəbər verir ki, lkin nəticələrinə əsasən, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 54,24 faiz səslə liderdir.

İkinci yerdə 11,056 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,908 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 8,827 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 7,91 faizini səsini qazana bilib.

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.

Seçilən
3
1
iqtisadiyyat.az

4Mənbələr