AZ

Gürcüstanda azərbaycanlılar və ermənilər kimə səs veriblər?- Böyük şəhərlər “uduzulub”

Hakim “Gürcü Arzusu” partiyası Tbilisidə və digər böyük şəhərlərdə keçirilən seçkilərdə uduzub, lakin əsasən ermənilərin yaşadığı Ninotsminda və Axalkalakda səslərin demək olar ki, 90%-ni qazanıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “NewsGeorgia” yazıb. 

Mərkəzi Seçki Komissiyasının saytında ilkin nəticələrə görə:

 “Gürcü arzusu” - 53,056%, 957,960 səs;

 “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 11,177% (201,807 səs);

 “Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 9,852% (177 892 səs);

 “Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 8,998% (162 459 səs);

 “Qaxariya – Gürcüstan lehinə” – 8,228% (148 570 səs).

Tbilisidə rayonlar üzrə hakim partiyanın nəticələri belədir:

 Mtatsminda – 41,512% (14,696 səs);

 Vake – 38,003% (28 983 səs);

 Saburtalo – 39,758% (38 110 səs);

 Krtsanisi – 48,831% (11 002 səs);

 İsani – 45,298% (28 767 səs);

 Samqori – 44,924% (37 004 səs);

 Çuğureti – 44,105% (17 936 səs);

 Didube - 42,076% (17,234);

 Nadzaladevi - 42,571% (33,952);

 Qldani – 40,46% (34547).

 “Gürcü arzusu” bütün iri şəhərlərdə seçkilərdə qalib gələ bilməyib. Bunlar Tbilisidən kənarda yerləşən 74 rayondan beşidir.

 Rustavi – 40,99% (24 815 səs);

 Zuqdidi – 48,052% (6956 səs);

 Poti – 49,659% (45583 səs);

 Batumi - 49,659% (45 583 səs);

 Kutaisi – 47,328% (35837).

Hakim partiya ən yaxşı nəticələri Samtsxe-Cavaxeti və Kvemo Kartlidə göstərib. Bunlar etnik azlıqların, o cümlədən ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdir. 

Bununla belə, başqa bir tendensiya var. Tarixən bu bölgələr əsasən hakimiyyətdə olan partiyaya səs verirlər.

Qardabani - 70,831% (8919 səs); 

Marneuli – 79,545% (19 424 səs);

 Bolnisi – 80,711% (18 390 səs);

 Dmanisi – 76,434% (6824 səs);

 Tsalka – 69,335% (3387 səs);

 Adigeni - 71,309% (3328 səs);

 Axalkalaki - 88,933% (11 749 səs);

 Ninotsminda – 89,771% (7802 səs).

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. 3,5 milyon vətəndaşın səsvermə hüququ olub. İlkin məlumatlara görə, seçici fəallığı demək olar ki, 59 faiz təşkil edib.

Seçkilərdə 18 partiya iştirak edib. İlk dəfə parlamentin 150 deputatı əvvəlki kimi qarışıq sistemlə deyil, tam proporsional sistemlə seçilir. Qanunverici orqana daxil olmaq üçün partiyalar beş faizlik baryeri keçməlidirlər.

Seçilən
3
5
cebheinfo.az

6Mənbələr