AZ

Qəbələdə iki maşın toqquşdu - Ölən var

Bakı. Trend:

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmilikəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolunkənarında dayanan “Ford” markalı avtomobilə dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,nəticədə “VAZ”-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyevaldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı RusifKərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
9
23
az.trend.az

10Mənbələr