AZ

“Gürcü arzusu” paytaxtda və digər iri şəhərlərdə seçkiləri uduzdu, amma...

Yazını böyüt
Yazını kiçilt

“Gürcü arzusu” Tbilisidə və digər böyük şəhərlərdə keçirilən seçkilərdə uduzsa da, Ninotsminda və Axalkalakidə səslərin demək olar ki, 90%-ni qazanıb.

Hafta.az xəbər verir ki, bu haqda “Newsgeorgia” nəşri məlumat yayıb.

MSK-nın saytında ilkin nəticələrə görə(saat təxm. 10:30),  (3111 məntəqədən 2255-nin məlumatları hesablanıb).

“Gürcü arzusu” - 53,056%, 957,960 səs;

“Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 11,177% (201,807 səs);

“Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 9,852% (177 892 səs);

“Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 8,998% (162 459 səs);

“Qaxariya – Gürcüstan üçün” – 8,228% (148 570 səs).

Tbilisidə rayonlar üzrə hakim partiyanın nəticələri belədir:

Mtatsminda – 41,512% (14,696 səs);

Vake – 38,003% (28 983 səs);

Saburtalo – 39,758% (38 110 səs);

Krtsanisi – 48,831% (11 002 səs);

İsani – 45,298% (28 767 səs);

Samqori – 44,924% (37 004 səs);

Çuğureti – 44,105% (17 936 səs);

Didube – 42,076% (17,234);

Nadzaladevi - 42,571% (33,952);

Qldani – 40,46% (34547).

Regionlardan danışırıqsa, “Gürcü arzusu” bütün iri şəhərlərdə seçkilərdə qalib gələ bilməyib. Bunlar Tbilisidən kənarda yerləşən 74 dairədən beşidir.

Rustavi – 40,99% (24 815 səs);

Zuqdidi – 48,052% (6956 səs);

Poti – 49,659% (45583 səs);

Batumi - 49,659% (45 583 səs);

Kutaisi – 47,328% (35837).

Hakim partiya ən yaxşı nəticələri Samtsxe-Cavaxeti və Kvemo Kartlidə göstərib. Bunlar etnik azlıqların sıx yaşadığı bölgələrdir. Bu seçkilər zamanı pozuntularla bağlı xəbərlərin çoxu da oradan gəlirdi.

Seçilən
17
5
hafta.az

6Mənbələr