AZ

Bu gün taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirir.

DİM-dən Demokrat.az-a bildirilib ki, bu gün, eyni zamanda, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edilir. İmtahan vermək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və Gəncə regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda keçirilir.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Seçilən
9
49
demokrat.az

10Mənbələr