AZ

MSK-nın nümayəndə heyəti Özbəkistanda

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi oktyabrın 27-də Özbəkistanın Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.

Səfərdə Məzahir Pənahovun özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

XQ

Seçilən
8
21
xalqqazeti.az

10Mənbələr