AZ

Nurəddin Məmmədli AXCP-dən getdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli partiyadan istefa verib.

O, bu gün vəzifəsindən ayrılıb.

Partiya funksioneri yaş və səhhəti ilə əlaqədar partiyadan getdiyini bəyan edib. O, bildirib ki, bundan sonra siyasətlə effektli şəkildə məşğul olmağa yaşı və səhhəti imkan vermir.

Pariyadadaxili kluarlarda isə Nurəddin Məmmədlinin partiyadan ayrılmasının səbəbi kimi Əli Kərimlinin onu yenidən Ali Məclis sədri postunda görməməsi olduğu bildirilir.  \\Cebheinfo.az

Seçilən
71
hurriyyet.az

1Mənbələr