AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - əlverişli zamandır. Qeyri-adi layihəyə, mürəkkəb sifarişin icrasına başlamaq olar. Təxəyülünüzü işə salın. Nəzakətli, qayğıkeş olun. Mübahisə edənləri ayırın, bir-birlərinə dəyər verən adamlar arasında kompromisin əldə olunmasına yardım edin. Həmin adamlar nədənsə bu gün dil tapa bilmirlər.

Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.

Əkizlər - günün ilk yarısında çətinliklər olacaq. Əzmli davransanız, onların öhdəsindən gələ bilərsiniz. Hiyləgər taktika və effektiv strategiya hazırlayaraq irəliləyin. Adi günlərlə müqayisədə dostlar və tanşılar məsləhət, yardım üçün daha çox müraciət edirlər. Təcrübəniz onları səhvlərdən xilas edə bilər.

Xərçəng - təşəbbüskarlığın nümayişi, yeni və mürəkkəb işlərə başlamaq üçün əlverişli zamandır. Qüvvələrinizi yanlış dəyərləndirməyin. İmkanınız xaricində olan işə başlamayın. Sizə kömək edə biləcək insana yardım üçün müraciət etməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti artacaq. Yeni romantik hisslər istisna deyil.

Şir - bəzi işlər nəzərdə tutduğunuz kimi getmirsə, narahat olmayın. Yaranan problemlər müvəqqətidir və çətinliklə də olsa, həll edilə bilər. Köç və ya təmirə hazırlaşırsınızsa, anlaşılmazlıqlara, kiçik çətinliklərə hazır olun. Xərclər artacaq.

Qız - günün ilk yarısı mürəkkəb olacaq. Emosional fon əlverişli deyil. Yanınızdakı insanlarla çətinliklə də olsa, dil tapın. Ünsiyyəti bir qədər məhdudlaşdırın. İmkan varsa, sürəkli olaraq sizi tənqid edən, səhvlərinizi xatırladan insanlarla təmaslardan imtina edin.

Tərəzi - intuisiyanızı dinləsəniz, ağır fəsadlı səhvlərə yol vermək riskindən qurtula bilərsiniz. Kompleksləriniz və nöqsanlarınızı araşdırın. Qarşınıza yeni məqsədlər qoyun. Enerji səviyyəniz artır.

Əqrəb - kimsəyə imkan verməyin ki, sizi aldatsın. İntuisiyanız kəskin olsun. Köhnə və yeni tanışların niyyətlərini təhlil edin. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə izləyin. İndiyədək səmimiyyət və dostluq pərdəsi altında sizə qarşı mənhus planlar hazırlayan şəxslə mübarizəyə başlayın.

Oxatan - asan qələbələrə bel bağlamayın. Rəqibləri üstələyərək bədxahların məkrli tələsinə düşməyin. Situasiya o qədər də asan deyil. Baş verənləri anlamaq üçün səbrli olun. Dedutiv bacarığınızı işə salın.

Oğlaq - təmkinli və soyuqqanlı olun. Səbrli davransanız, problemləri həll edə bilərsiniz. Planlarınızın alt-üst olmasını seyr etmək asan deyil. Dəyər verdiyiniz insanlar səhvləri sıralayırlar.

Dolça - parlaq, yaddaqalan, qeyri-adi qərarlar və əməllər zamanıdır. İndiyədək sizin bacarıqlı adam olduğunuzu etiraf etmək istəməyənlər pərişan qalacaqlar. Planlaşdırılmamış görüş, xoş sürpriz, qeyri-adi tapıntılar ola bilər.

Balıqlar - narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında peyda olacaq səbəbsiz təlaşın öhdəsindən gəlin. Gərilmiş əsəblərə fikir verməyin. Belədə tezliklə sakitləşə bilərsiniz.

Milli.Az

Seçilən
34
mia.az

1Mənbələr