AZ

Ölkədə faktiki hava: Leysan yağır

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm,  Şəkidə 4 mm olub.

Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır. 

Şimal- qərb küləyi  Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb. 

Havanın  temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da  və Aran rayonlarında 14 dərəcəyədək , dağlıq rayonlarda   2 dərəcəyədək  isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb. 

"Cebheinfo.az"

Seçilən
6
21
cebheinfo.az

10Mənbələr